Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini Çinə səfərə dəvət edib.

Bu barədə Cinpin Rusiya hökumətinin sədri Mixail Mişustinlə görüşündə bildirib.

O, Putini bu il Çinə səfərə dəvət etdiyini açıqlayıb.

Çin lideri Rusiyanın Baş naziri ilə görüşməkdən şad olduğunu bildirib. Qeyd edib ki, pandemiya səbəbindən bir neçə il səfərlər mümkün deyildi.

Si Cinpin Mişustini tez bir zamanda Çinə səfərə dəvət edib və iki ölkənin hökumətlərarası mexanizmlərinin işini aktivləşdirməyə çağırıb.

.