Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.

Bunu müğənninin qohumu Razim Qarayev deyib.

O bildirib ki, S. Əlizadə 10 gün əvvəl COVID-19 infeksiyasına yoluxub:

“Ötən gün vəziyyəti ağırlaşıb. Axşam təcili yardım çağırmışdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən xəstəxanaya yerləşdirilib.

Hazırda reanimasiya şöbəsindədir və süni nəfəs aparatına qoşulub. Müalicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır”.

.