“Bakıdakı danışıqların yekununu olduqca müsbət hesab edirik”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Bugünkü görüşdə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərimizi müzakirə etdik. Koronavirus pandemiyası bitəndən sonra əyani şəkildə tədbirlərə qayıtmağımız barədə konkret addımlardan danışdıq. Bu tədbirlər hökumətlərarası komissiyanın iclası, regionlararası forum, Bakı Humanitar Forumu, gənclərin təşəbbüsü ilə olan forumlardır. Bizim ikitərəfli strateji münasibətlərimizi inkişaf etdirmək üçün çoxlu əsaslarımız var”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov danışıqlarda Rusiya ilə Azərbaycan arasında beynəlxalq təşkilatlardakı əməkdaşlığın da müzakirə olunduğunu söyləyib: “Beynəlxalq təşkilatlarda, BMT, ATƏT-dəki əməkdaşlığımızı müzakirə etdik, harada ki, bir çox əsas prinsipal məsələlərlə bağlı mövqeyimiz üst-üstə düşür. Bizim Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də birgə layihələrimiz və beş Xəzəryanı ölkə çərçivəsində birgə əməkdaşlığımız var. Ona görə də danışıqların yekununu olduqca müsbət hesab ediririk”.

“Türkiyə bu regionda real faktordur".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

“Türkiyənin bu regiondakı rolu haqqında Rusiya Prezidenti Dağlıq Qarabağla bağlı 17 noyabr tarixli müsahibəsində ətraflı danışıb. Türkiyə bu regionda real faktordur, özü də təkcə bu regionda yox. Türkiyə bizim bir çox istiqamətdə tərəfdaşımızdır. Əlbəttə ki, suveren Azərbaycanın xarici siyasət tərəfdaşını seçmək hüququ var, necə ki, Ermənistan da özünü xarici siyasət tərəfdaşlarını seçir. Bizim Türkiyə ilə Azərbaycan ərazisində Rusiya-Türkiyə  birgə monitorinq mərkəzinin yaradılmasından ötrü Azərbaycanı dəstəkləməyimiz barədə prinsipal razılaşmamız var. Hansı ki, bu mərkəz məsafədən texniki vasitələrlə Dağlıq Qarabağ və ətrafında atəşkəs rejiminə riayət olunmasını izləyəcək. Bu, atəşkəsin dayanıqlılığını təmin edəcək əlavə faktor olacaq”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov: “Beynəlxalq təşkilatların Qarabağdakı humanitar problemlərin həllində fəal iştirakında maraqlıyıq”

Rusiya beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı humanitar problemlərin həll edilməsinə fəal cəlb olunmasında maraqlıdır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Biz beynəlxalq təşkilatların, BMT sistemlərinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağdakı humanitar problemlərin həll olunmasına Rusiya sülhməramlı missiyası və humanitar mərkəzlə birgə işləməsində maraqlıyıq. Bundan sonra bu istiqamətdə birgə fəaliyyətimizi davam etdirəcəyik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

.