Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovo hakimiyyət orqanları Aİ-nin nizamlanma təklifinin həyata keçirilməsi üçün bir neçə bənd üzrə razılığa gələ biliblər.

Bu barədə RİA Novosti məlumat yayıb.

Serbiya prezidenti, Kosovonun baş naziri Albin Kurti, Aİ diplomatiyasının rəhbəri Cozep Borrel arasında görüş olub.
Oxrid şəhərində Belqrad və Priştina arasında dialoq üzrə danışıqlar 12 saat davam edib.

"Düşünürəm ki, konstruktiv atmosferdə addım atdıq və nəsə etməyə başlayacağıq”, - deyə Borel bildirib.

.