Tibb mütəxəssisləri müəyyən kateqoriyadan olan insanlar üçün şərabın təhlükəsi barədə məlumat veriblər.

Ekspertlər bildiriblər ki, bəzi şəxslər ümumiyyətlə bu içkidən uzaq durmalıdırlar. Əks halda onlar ciddi sağlamlıq problemləri ilə üzləşə bilərlər.

Şərab qadağası ilk növbədə şəkərli diabet xəstələrinə aiddir. Belə ki, bu içki, xüsusilə acqarına içildikdə qanda şəkərin səviyyəsinə ciddi təsir göstərir.

Sedativ və ya ağrıkəsici vasitələr qəbul edənlər də şərabdan istifadə etməməlidirlər. Bu vasitələrin tərkibindəki maddələr beynin fəaliyyətini ləngidir. Alkoqol da eyni təsiri göstərir.

Bundan əlavə, astma xəstələrinin şərab içməsi də neqativ fəsadlara səbəb ola bilər. Çünki bu içki orqanizmi astma tutmalarına qarşı daha həssas edir.

.