Şəmkir rayonunda avtomobil 3 piyadanı vurub.

Hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

“VAZ 21099” markalı minik maşını yolu qarşı tərəf keçmək istəyən 2012-ci il təvəllüdlü Mövlan Əsgərlini, 2010-cu il təvəllüdlü Samir Əliyevi və 1958-ci il təvəllüdlü Atlas Tağıyevanı vurub.

Hər 3 piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətnin kafi olduğu bildirilir.

.