"Artıq iynə təsirini göstərib və ayı yatızdırılaraq Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib".

Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O bu işdə yardımçı olan, dəstək verən, təmkinlilik və dözümlülük göstərən Şəki şəhər İcra Hakimiyyətinə, polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına minnətdarlığını bildirib. 

***

Şəki şəhərinin mərkəzində gəzən ayı tutulub.

Ayıya keyidici iynə vurulub.

Ayını təhlükəsiz şəkildə zərərsizləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təcrübəli mütəxəssisləri paytaxtdan Şəkiyə ezam olunub.

Nazirliyin mütəxəssisləri tərəfindən ayıya 2 ədəd keyidici iynə vurduqdan sonra onu ərazidən təbiətə evakuasiya edilir.

.