İranın Azərbaycandakı səfirliyi yayılan “İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb və bu ölkəyə silah və yanacaq verib” informasiyanı təkzib edib.

Bu barədə İranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib:

“İslam İnqilabının Ali Rəhbərinin və İslam Respublikasının yüksək vəzifəli rəsmilərinin Azərbaycan Respublikasının mövqelərini açıq şəkildə dəstəkləmələri və işğalı qınamaları ilə bağlı açıq mövqeləri hamıya aydındır və bu mövqe dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri tərəfindən müsbət qiymətləndirilib.

Azərbaycan Respublikasının müdrik xalqı da son müharibə zamanı İran və Ermənistanın quru və hava sərhədlərinin bağlanması xəbərindən məlumatlı idi. Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bəyan olunub.

İran, Dağlıq Qarabağ müharibəsinin həssas dövründə Azərbaycan Respublikasına siyasi və hərbi dəstək verib. İki millətin tarixi, mədəni və dini ortaqlıqlarını nəzərə alaraq, İran və Azərbaycan xalqlarının dostluğu əbədidir və heç bir qüvvə bu cür hərəkətləri ilə ona xələl gətirə bilməz”.

.