ABŞ Dövlət Departamenti Krımla bağlı açıqlamalarında Ukrayna hakimiyyətini Rusiyada terror aktları törətməyə sövq edir.

Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Səfir ABŞ XİN mətbuat xidmətinin rəhbəri Ned Praysın Ukrayna Silahlı Qüvvələrinin faktiki imkanları ilə bağlı bəyanatlarını şərh edərkən deyib: “Rəsmi Vaşinqton Krımla bağlı bəyanatları ilə eskalasiya risklərini artırır. Amerika rəsmilərinin ritorikası getdikcə daha döyüşkən xarakter alır. ABŞ Dövlət Departamentinin “Krım Ukraynadır və Ukrayna Silahlı Qüvvələri öz ərazilərini qorumaq üçün Amerika silahlarından istifadə edə bilər” kimi reallıqdan uzaq bəyanatları Kiyev hakimiyyətini Rusiyada terror aktları törətməyə sövq edir. Bununla da münaqişənin genişlənməsi riskləri daha da artır”.

.