Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Kazımov mağazasına gələn şəxslərin alış-veriş edib, bir ədəd saxta 100 dollarlıq əsginas verməsini bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri - Q.Mahmudova və əvvəllər məhkum olunmuş S.Əliyev, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri - E.Həsənov, O.Məmmədov və Sumqayıt şəhər sakini G.Eynullayeva saxlanılıblar.

Onlardan ümumilikdə 70 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.

.