Avropa İttifaqı Azərbaycan və Ermənistana hərtərəfli normallaşmaya nail olmaq üçün yardım etməyə sadiqdir.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra qeyd edib.

“Biz onların birgə səylərinə töhfə verməyə davam edəcəyik”, - Şarl Mişel əlavə edib.

Mişel: Hər iki lider Azərbaycanın 86,6 min kv.km və Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib

Liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin davam etdirilməsinə razılaşıblar.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında qeyd edib.

Mişel əlavə edib ki, hər iki lider 1991-ci il Almatı Bəyannaməsinə və müvafiq olaraq Ermənistanın 29 800 kvadrat kilometr və Azərbaycanın 86 600 kvadratkilometrlik ərazi bütövlüyünə birmənalı sadiqliklərini təsdiqləyiblər.

“Sərhədlərin yekun delimitasiyası danışıqlar yolu ilə müəyyən ediləcək”, - Mişel əlavə edib.

Şarl Mişel: Azərbaycan və Ermənistan liderləri Cənubi Qafqazda sülhə ümumi istəklərini ifadə ediblər

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutan 5-ci görüşündə açıq və nəticəyə yönəlik fikir mübadiləsi aparılıb.

Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında qeyd edib.

O qeyd edib ki, tərəflər Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasında əldə edilən tərəqqiyə fokuslanıblar və liderlər Cənubi Qafqazda sülhə ümumi istəklərini ifadə ediblər.

“Mən onların səylərini təqdir edirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik. Sülh müqaviləsi ilə bağlı bu yaxınlarda ABŞ-da keçirilmiş pozitiv danışıqların ardınca Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh razılaşmasının imzalanması istiqamətində həlledici addımların atılması üçün qazanılmış impuls saxlanılmalıdır”, - o vurğulayıb.

Şarl Mişel: Naxçıvana dəmir yolu əlaqələrinin açılması ilə bağlı mövqelər bir-birinə çox yaxınlaşıb

Kommunikasiyalarla bağlı tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrində aydın irəliləyiş əldə ediblər.

Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında qeyd edib.

“İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvana və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. Onlar komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar həmçinin bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər”, - Mişel qeyd edib.

Şarl Mişel: Azərbaycan və Ermənistan liderlərini 3-cü Avropa Siyasi sammiti çərçivəsində görüşə dəvət etmək niyyətindəyəm

"Biz çox yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şoltsla birlikdə 2-ci Avropa Siyasi İcması Sammiti çərçivəsində Kişinyovda görüşəcəyik. Mən həmçinin liderləri oktyabrda Qranadada keçiriləcək 3-cü Avropa Siyasi İcması sammiti çərçivəsində görüşə dəvət etmək niyyətindəyəm”, - Mişel deyib.

Avropa İttifaqının (Aİ) gizli gündəliyi yoxdur. Bizim tək məqsədimiz Ermənistanla Azərbaycanın hərtərəfli və ədalətli sülhə nail olmasına yardım etməkdir.

Bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında qeyd edib.

"Biz onların birgə səylərinə töhfə verməyə hazırıq. Biz Brüssel görüşlərini zəruri olduğu qədər tez-tez keçirməyə razılaşdıq. Liderlər iyulda Brüsseldə bir daha görüşəcəklər.

Daha əvvəl ictimaiyyətə açıqlandığı kimi, biz çox yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şoltsla birlikdə 2-ci Avropa Siyasi İcması Sammiti çərçivəsində Kişinyovda görüşəcəyik. Mən həmçinin liderləri oktyabrda Qranadada keçiriləcək 3-cü Avropa Siyasi İcması sammiti çərçivəsində görüşə dəvət etmək niyyətindəyəm”, - Mişel deyib.

.