"S&P Global Ratings" agentliyi bu il Azərbaycanda kommersiya banklarının iqtisadiyyata tələbinin ÜDM-ə nisbətinin 4 faiz bəndi artaraq 22,4% təşkil edəcəyini proqnozlaşdırır.

Agentliyin verdiyi məlumata görə, bu göstərici 2021-2022-ci illərdə tədricən azalacaq və müvafiq olaraq 20,5%, 19,6%, 2023-cü ildə isə dəyişməyərək 19,6% səviyyəsində qalacaq.

Qeyd edək ki, ötən ilin sonuna ölkədə bankların iqtisadiyyata tələbi 15 036,4 mln. manata bərabər olmuşdu. Bu göstərici hesablanmış faizlər və banklararası kreditlər daxil olmaqla, yaradılmış ehtiyatlar çıxılmaqla hesablanıb.

.