“Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni büdcə qaydasının tətbiqi ilə əlaqədar imzaladığı fərmanda qeyri-neft baza kəsiri üzrə müəyyən göstəricilər təsdiq olunub”.

Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. 

Onun sözlərinə görə, həmin göstəricilər 2019-cu ildə hədəfə qarşı çox sürətlə icra olunub: “31,1 faizə qarşı 26,6 faiz təşkil edib. Bu da onun göstəricisidir ki, neft sektorundan asıllığımızın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülməkdədir. Büdcə qaydası da bu məqsədlərə xidmət edir”.

Maliyyə naziri: “Büdcəyə yenidən baxılması üçün müraciət etməmişik”

“Dövlət büdcəsinə yenidən baxılması üçün müraciət etməmişik”.

Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Samir Şərifov: "Büdcənin icrası ilə bağlı hansısa problem yoxdur"

“2020-ci ilin büdcəsinin icrası ilə bağlı hər hansı bir problem yoxdur”. 

Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. 

Onun sözlərinə görə, beş ayın nəticəsi olaraq kifayət qədər profisit var: “Bu, yaxşı mənzərədir”.

.