Azərbaycanın yeni peykləri orbitə ABŞ-nin “SpaceX” şirkətinin (Space Exploration Technologies Corporation) “Falcon” raketləri ilə buraxıla bilər.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

S.Əsədovun sözlərinə görə, bununla bağlı şirkətin Azərbaycanda səfərdə olan prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) ilə müzakirələr aparılıb:

“Azərbaycan qarşıdakı illərdə yeni peyk layihələri icra etməyə hazırlaşır. Biz Azərbaycanın yeni peyklərinin orbitə “Falcon” raketləri ilə buraxılması imkanlarını və “SpaceX” şirkətinin Bakıda keçiriləcək Beynəlzalq Astronavtika Konqresində iştirakı və ən yüksək səviyyədə təşkilatçılıq məsələlərini bu görüşdə müzakirə etdik”.

.