Şamaxı rayonunda baş verən zəlzələlər nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.

Bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, bu gün baş verən zəlzələr nəticəsində Şamaxı ərazisində dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb.

Qeyd edək ki, bununla bağlı rayon icra hakimiyyətinin rəsmi “Facebook” səhifəsində də məlumat yayılıb.

.