Sabirabadda qumbara satan şəxs cinayət başında yaxalanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Camo Niftəliyev 1 ədəd “F-1” əl qumbarasını satarkən cinayət başında yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

.