"Rusiya istehsalı olan mühərrikləri və qanadları olan "MS-21" təyyarəsinin seriyalı istehsalına 2025-ci ildə başlanacaq".

Bunu Rusiya Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Xatırladaq ki, hökumət "MS-21" təyyarələrinin istehsalını genişləndirmək məqsədilə 15 milyard rubl (206 milyon dollar) ayırıb. Bundan əlavə, təyyarə mühərriklərinin istehsalına, o cümlədən "MS-21" üçün nəzərdə tutulmuş 14 PD-14 mühərrikinin yaradılmasına, təxminən, 44 milyard rubl (603,4 milyon dollar) xərclənəcək.

.