Ukraynanı məhv etmək heç vaxt Rusiyanın məqsədi olmayıb, lakin Moskva Ukraynanın rusofob diktatorluğa çevrilməsinə dözməyəcək.

Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

"Bizim dəfələrlə vurğuladığımız kimi - Rusiyanın Ukraynanı bir dövlət kimi ortadan qaldırmaq məqsədi yoxdur və bunu heç vaxt etməyib. Lakin biz bir addımlığımızda nifrət dolu rusofob və anti-xristian diktatorluğun ortaya çıxmasına dözə bilmərik və dözməyəcəyik”, - deyə Nebenzya BMT təhlükəsizlik Şurasının Rusiyanın təşəbbüsü ilə Ukraynada insan haqlarının müzakirəsinə dair keçirilmiş sessiyasında deyib.

.