“Türkiyə Prezidentinin Rusiya və Ukrayna arasında vasitəçi olmaq, həmçinin Ankarada görüş keçirmək təklifi düzgün və zamanında edilmiş təklifdir”.

Bunu  açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

Politoloq deyib ki, Rəcəb Tayyib Ərdoğan Ukraynanın daxili probleminə müraciət etməklə müasir beynəlxalq siyasətin ən vacib problemlərindən birinə toxunur: “Bu problem çoxlarını narahat edir və onun münasibətlərin yaxşılaşdırılmasına töhfəsini verməyə çalışması faktı özü-özlüyündə düzgün və yaxşıdır”.

Onun fikrincə, Türkiyə Prezidenti Rusiya və ABŞ arasında danışıqlarda da vasitəçilik təklif edə bilərdi: “Rəsmi Moskva Kiyevlə münaqişəsinin olduğunu düşünmür, amma Rusiyanın ABŞ ilə münaqişəsi var. Türkiyə Prezidenti ABŞ və Rusiya arasında vasitəçilik təklif etsəydi və bu təklif ABŞ tərəfindən qəbul edilsəydi, bu, çox pozitiv və konstruktiv addım olardı”.

Xatırladaq ki, bu il yanvarın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında münasibətlərin nizama salınmasında vasitəçilik etməyə hazır olduğunu bildirib. Bu məsələni nizama salmaq üçün R.T.Ərdoğanın Ukraynaya səfər etmək, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətindədir.

.