İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb. 

TASS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb, regionda matəm elan edilib.

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 9-a çatıb.

Istintaq Komitəsində istinadən verdiyi məlumata görə, silahlı atışma nəticəsində 5-i uşaq olmaqla 9 nəfər həlak olub.

“İlkin məlumatlara görə, cinayətin qurbanı olan 9 nəfər arasında təhsil müəssisəsinin 2 mühafizəçisi və 2 müəllim, həmçinin 5 azyaşlı var. Yaralılar da var”, - Rusiya İstintaq Komitəsinin məlumatında qeyd olunub.

.