Cari ilin 28 iyul tarixində Rusiyanın V.İ. Vernadski adına Dövlət Geoloji muzeyində görkəmli azərbaycanlı neftçi-geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun 90 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının sədri Gennadi Şmal Fərman Salmanovun keçdiyi zəngin həyat yolu, onun Rusiyanın neft sənayesinə verdiyi misilsiz töhfə, buraxdığı tarixi iz haqda ətraflı danışmışdır. 
Eyni zamanda o qeyd etmişdir ki, 2018-ci ildə keçirilmiş səsvermə nəticəsində Surqut hava limanına Fərman Salmanovun adı verilmişdir. Həmyerlimizin adının Rusiya və Azərbaycanda əbədiləşdirildiyini söyləmişdir. 
Konfransda çıxış edən Səfir Polad Bülbüloğlu cla şəxsi tanışlığı haqda söz açmışdır. Azərbaycanın Səfiri vurğulamışdır ki, məhz Fərman Salmanovun cəsarət və güclü iradə nümayiş etdirməsi nəticəsində Qərbi Sibirdə neft aşkarlanmışdır ki, bu gün də Rusiya həmyerlimizin verdiyi əhəmiyyətli töhfənin bəhrəsini görməkdədir. 

.