Rusiya Ukrayna ilə sülh danışıqlarına qayıtmağa hazırdır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Kiyev danışıqları bərpa etməyə hazır olduğunu bildirərsə, Rusiya sülh danışıqlarına qayıtmağa hazırdır", - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar sonuncu dəfə əyani formatda İstanbulda keçirilib, ondan sonra isə bir dəfə də onlayn formatda baş tutub.

.