Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə jurnalistlərin və turistlərin gələ bilməsi problemlərini şərh edərkən deyib.

“Biz bir sual verməliyik: nəyi istəyirik? İndi Qarabağda turizmi inkişaf etdirmək? Əsas vəzifə budur? Yoxsa, davamlı sülhə nail olmaq, qaçqınların qayıtması və normal həyatın bərpası?”, - o bildirib.

M.Zaxarova vurğulayıb ki, çoxsaylı məsələlər mərhələli şəkildə həll ediləcək: "Rusiya sülhməramlıları hazırda əsas məsələ ilə məşğuldurlar".

XİN sözçüsü qeyd edib ki ki, 2020-ci ilin noyarbında bəyanatı imzalayan tərəflər dayanıqlı sülhün təmin olunması və Qarabağ ərazisinə həyatın qayıtmasını əsas məqsəd olaraq görürlər.
 

.