Rusiya qoşunlarının mövcudluğu Ermənistanın təhlükəsizliyinə təhdid yaradır bəyanatı absurddur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransında verdiyi bəyanata münasibət bildirərkən deyib.

“Onilliklərdir ki, bizim hərbçilərimiz, sərhədçilərimiz Ermənistanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, onun sərhədlərini qoruyur. Bu obyektiv reallığı inkar etmək mümkün deyil”, - Rusiya XİN sözçüsü vurğulayıb.

.