Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, Laçın yolunda və Qarabağdakı vəziyyətə, habelə regional kommunikasiyaların açılmasına dair məsələlər müzakirə edilib.

.