Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağda aktiv işləyir.

Bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya BMT-nin Bakı və İrəvanla bütün humanitar məsələlərə dair əməkdaşlığını dəstəkləyir.

“Rusiya öz növbəsində Dağlıq Qarabağda vəziyyətin normallaşmasına öz töhfəsini verir”, - deyə Rusiya XİN-in rəsmisi vurğulayıb.

M. Zaxarova BMT-nin kompleks qiymətləndirmə missiyasının Dağlıq Qarabağa göndərilməsi ilə bağlı iş aparıldığını da qeyd edib.

.