Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pakistan, Qazaxıstan və İrana səfər edəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 1-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Sergey Lavrov aprelin 6-7-də Pakistana səfər edəcək. Səfər çərçivəsində bu ölkənin XİN başçısı Mahdum Şah Mahmud Qureyşi ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlər və Əfqanıstandakı vəziyyətin müzakirəsi gözlənilir.

Rusiya XİN başçısı aprelin 7-8-də Qazaxıstana gedəcək. Orada Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və MDB çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Aprelin 13-də S.Lavrov Tehrana səfər edəcək. Onun iranlı həmkarı Məhəmməd Cavad Zəriflə ikitərəfli əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.

.