Rusiya Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) Ermənistana, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinə iki il müddətinə 100 nəfərlik mülki missiya göndərməsinə münasibət bildirib.

Rusiya XİN-dən bildirilib ki, Aİ-nin Ermənistandakı müşahidəçiləri regiona geosiyasi qarşıdurma gətirə bilər.

“Ermənistanın sərhədyanı ərazilərində Avropa İttifaqının nümayəndələrinin peyda olması regiona geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri gərginləşdirə bilər. Bu, həm də Aİ-nin Rusiyanın Cənubi Qafqazdakı vasitəçilik missiyasına maneçilik törətmək cəhdləri, erməni və azərbaycanlıların təməl maraqlarına və regionun sülhə qayıtmasına zərbə vurmağa qadirdir”, - qeyd olunub.

Rusiya XİN Aİ-ni regiona göndərəcəyi missiyanı Azərbaycanla razılaşdırmamaqda ittiham edib

Əgər Brüssel səmimi qəlbdən Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olsaydı, Avropa İttifaqı öz missiyalarının işinin şərtlərini Azərbaycanla razılaşdırardı.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Aİ-nin Ermənistan-Azərbaycan sərhədində iki illik missiya yerləşdirməsi barədə qərarı ilə bağlı bəyanatda bildirilib.

.