Rusiya Federasiyası Avropa İttifaqının doqquzuncu sanksiyalar paketinə cavab olaraq, Rusiyaya girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını genişləndirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Rusiya Federasiyasının Aİ-yə qarşı cavab sanksiyaları Ukraynaya yardım göstərən Avropa İttifaqının hüquq-mühafizə orqanlarının rəhbərlərinə toxunub.

Rusiya XİN-dən oda bildirilib ki, Qərbin Moskvaya qarşı istənilən qeyri-dost hərəkətinə vaxtında və adekvat cavab veriləcək.

.