ABŞ 2023-cü ilin iyulunda Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika sammitini pozmaq üçün Afrika ölkələrinə görünməmiş təzyiqlər edir.

APA-nın məlumatına görə, bunu TASS-a müsahibəsində Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

Eyni zamanda, Boqdanov vurğulayıb ki, uzun tarixə malik rus diplomatiyasının ənənələrində bütün mümkün xarici amilləri nəzərə almaq, öz gündəmini irəli sürmək, Rusiya və onun dostlarının dövlət maraqlarını ön plana çəkmək əsasdır.

.