Rusiya və Türkiyə kosmik sahədə əməkdaşlığın inkişafı üçün ikitərəfli hökumətlərarası müqavilənin hazırlanması üzərində fəal işləyirlər.

Bu barədə TASS-a “Roskosmos”un mətbuat xidmətindən məlumat verilib.

“Hazırda ölkələr arasında kosmik fəaliyyət sahəsində əməkdaşlığın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradacaq ikitərəfli hökumətlərarası çərçivə sənədinin hazırlanması üçün fəal iş aparılır”, - deyə “Roskosmos”dan bildiriblər.

Qeyd edək ki, Türkiyə Azərbaycan və Pakistanla da kosmik sahədə əməkdaşlığa hazırlaşır.

.