Rusiya və İran XİN rəhbərləri Moskvada görüşəcək.

Bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransı zamanı deyib.

Zaxarova qeyd edib ki, görüş zamanı Sergey Lavrov və Hüseyn Əmir-Abdullahian Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

Tərəflər həmçinin Suriyadakı vəziyyət, Xəzər dənizi ilə bağlı məsələlər və İranın nüvə proqramı barədə də danışacaqlar.

.