Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ara Ayvazyanla görüşüb.

“RİA Novosti”  xəbər verir ki, nazirlər humanitar və iqtisadi məsələləri müzakirə ediblər.

“Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələrinin həyata keçirilməsini müzakirə ediblər”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Nazirlər ikitərəfli əməkdaşlığın aktual məsələləri, iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə hazırlıq barədə fikir mübadiləsi aparıblar.

.