Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov və Azərbaycanın bu ölkəyə təyin olunmuş səfiri Muxtar Məmmədov arasında görüş keçirilib, görüşdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.

TASS xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb.

"Dostluq şəraitində keçən fikir mübadiləsi zamanı diplomatik nümayəndəliklərin rəhbərləri Rusiya-Azərbaycan əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə aktual məsələlərinə toxunublar", - diplomatik nümayəndəlikdən məlumat verilib.

Qeyd edək ki, Azərbaycanın İsraildəki səfirliyi 2022-ci ilin noyabrında yaradılıb, bu ilin yanvarında Muxtar Məmmədov diplomatik nümayəndəliyin rəhbəri təyin edilib.

.