Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvada danışıqlar aparacaqlar.
Danışqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərini nəzərdən keçirmək, habelə aktual regional məsələlər barədə ətraflı fikir mübadiləsi aparmaq planlaşdırılır.