Ankara müraciət edərsə, Rusiya Federasiyası Türkiyəyə təbii qazın tədarükünü artıracaq.

Rusiya mətbuatı verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirin müavini Aleksandr Novak deyib.

“Türkiyəli tərəfdaşlar enerji istehlakını artırıb əlavə həcmlər üçün müraciət etsələr, biz sadəcə olaraq bunu nəzərdən keçirib təmin edəcəyik”, - Aleksandr Novak bildirib.

İndi Rusiya Türkiyəyə hər il təxminən 26 milyard kubmetr qaz ixrac edir. A. Novakın sözlərinə görə, bu həcmlər müqavilələrə uyğun olaraq tam təmin olunur.

.