Taxıl sazişi üzrə dördtərəfli formatda yüksək səviyyəli görüşün mayın 10-11-də İstanbulda keçirilməsi planlaşdırılır.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında isə eyni müddətə uzadılıb. Taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatacaq.

.