Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 25 yük avtomobilindən ibarət 180 ton yükün çatdırılmasını təmin edib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən Moskva müxbirinə verilən məlumata görə, sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə 25 hərbi yük avtomobilindən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin dördüncü karvanı 180 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) Kəlbəcər rayonuna çatdırıb.

“Yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”, - deyə Rusiya MN-in məlumatında qeyd olunub.

.