Rusiya sülhməramlı kontingenti Azərbaycan və Ermənistan tərəflərinin demarkasiya xəttində atəşkəs rejiminə riayət olunmasını və nəqliyyatın təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir.

"Sputnik Armenia" verdiyi xəbərə görə,bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Keçən həftə ərzində sülhməramlı kontingentin məsuliyyət daşıdığı zonada atəşkəs pozuntusu qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər edilməyib", - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyətimüntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri,pozuntularınvə müşahidə məntəqələrinə mümkün hücumların qarşısını almaq üçün təlimlər keçirir.

.