“Moskvaya 8 təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) hücum edib, onların hamısı vurulub”.

Bu barədə ölkənin Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, daha 5 PUA Moskvaətrafı bölgədə “Pantsir-s” zenit-raket kompleksi tərəfindən məhv edilib.

“Kiyev rejimi Moskvadakı obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib”, - nazirlikdən bildirilib.

.