Rusiya və İran koronavirusa qarşı “Sputnik V” peyvəndinin birgə istehsalı barədə müqavilə imzalayıblar.

Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

“Peyvəndin birgə istehsalı barədə danışıqlar başa çatıb. Yaxın vaxtlarda İranda birgə peyvəndin istehsalının şahidi olacağıq”, - deyə iranlı diplomat vurğulayıb.

Qeyd edək ki, dünəndən İranda Rusiyanın “Sputnik V”-dən istifadə edilməklə əhalinin peyvəndlənməsinə başlanılıb.

.