Rusiya müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin sayının 1,5 milyon hərbçiyə çatdırılması ilə bağlı iclas keçirib.

Şoyqu Silahlı Qüvvələrin hərbi qulluqçularının sayının artırılmasının dövlət müdafiə sifarişinə əsasən silah təchizatı və infrastrukturun qurulması ilə sinxronlaşdırılmalı olduğunu söyləyib.

Rusiya MN başçısı Hərbi Dəniz, Hava Kosmik və Strateji Raket Qüvvələrinin döyüş komponentlərinin gücləndirilməsi barədə də göstəriş verib.

Şoyqu həmçinin, Finlandiya ilə həmsərhəd Kareliya Respublikasında ordu korpusunun formalaşdırılması barədə də göstəriş verib.

Şoyqu: Rusiyada Moskva və Leninqrad hərbi dairələri yaradılacaq

Rusiya ordusunda genişmiqyaslı dəyişikliklər, xüsusən də onun sayının 1,5 milyon nəfərə çatdırılması 2023-2026-cı illər ərzində baş verəcək.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin Sergey Şoyqunun ordunun sayının artırılması ilə bağlı keçirdiyi müşavirənin yekunları ilə bağlı məlumatda bildirilib.

“Silahlı Qüvvələrin tərkibində genişmiqyaslı dəyişikliklər, onların sayının artırılması, Rusiya Federasiyasının hərbi-inzibati strukturunda 2023-2026-cı illər ərzində həyata keçiriləcək dəyişikliklər müdafiə nazirinin bütün müavinlərindən, baş komandanlardan (Silahlı Qüvvələrin növləri üzrə), komandirlər (hərbi dairələrin, Şimal Donanmasının və Silahlı Qüvvələrin qoşunlarının) müvafiq qərarlar qəbul etməsini tələb edəcək”- deyə məlumatda qeyd olunub.

Sergey Şoyqu bu gün keçirdiyi müşavirədə bildirib ki, Rusiyada Moskva və Leninqrad hərbi dairələrinin yaradılacağını söyləyib.

.