Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəlib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Estoniyada bundan sonra Rusiyanı səfir yox, müvəqqəti işlər vəkili təmsil edəcək.

"Estoniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, ona Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı kəskin etiraz bildirilib. Estoniya səfiri fevralın 7-də Rusiya Federasiyasını tərk etməlidir", - Rusiya XİN-in məlumatında bildirilib.

.