Rusiya Donetskin Krasnopolye yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hücum dəstələrinin könüllüləri aviasiya və reaktiv yaylım atəşinin dəstəyi ilə Donetskin Krasnopolye yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

“Rusiya Silahlı Qüvvələri gün ərzində Kupyansk istiqamətində 40-dan çox Ukrayna əsgərini məhv edib. Ukrayna Silahlı Qüvvələri gün ərzində Krasnolimansk istiqamətində 70-ə qədər insan və iki Amerika istehsalı olan radiolakasiya stansiyasını itirib.

Rusiya ordusu Dnepr istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 107-ci raket artilleriya briqadasının bölməsinin müvəqqəti dislokasiya məntəqəsini vurub. Rusiya hərbçiləri ötən sutka ərzində Zaporojye istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 30-a yaxın hərbi qulluqçusunu və “Qrad” reaktiv yaylım atəşi sisteminin avtomobilini məhv edib. Bundan əlavə, Dnepr istiqamətində Amerikanın HIMARS reaktiv yaylım atəş sisteminin buraxılış qurğusu məhv edilib. Donetsk istiqamətində ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 60-dan çox hərbçisi, 2 zirehli döyüş texnikası, 2 Msta-B və D-30 haubitsaları məhv edilib", - deyə Rusiya MN-in yaydığı məlumatda qeyd olunub.

.