Ermənilərin Rusiyada fəaliyyət göstərən “Yerkramas.org” saytında dərc olunan materiallar və saytda epiqraf kimi verilən faşist Qaragin Njdenin "Türklə mübarizə aparmadığımız bir gün belə olmamalıdır" şüarı psixolinqvistik təhqiqata göndərilib.

Bu barədə Moskva vilayəti Azərbaycanlılarının regional Milli Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimovun müraciətinə cavab olaraq Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva vilayəti üzrə Baş İdarəsinin ekstremizmə qarşı mübarizə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, “Yerkramas.org” saytının materialları və qeyd olunan saytda Njdenin epiqraf kimi istifadə olunan "Türklə mübarizə aparmadığımız bir gün belə olmamalıdır" şüarı psixolinqvistik təhqiqata göndərilib. 

Həmçinin bildirilib ki, hazırda məlum məsələ ilə bağlı təhqiqat bitməyib, davam edir. Müraciətə baxılmasının müddəti iyunun 26-dək 30 gün uzadılıb.

.