Xalq artisti Röya Ayxan İTV-də yayımlanan "3D” proqramının qonağı olub.

Sənətçi Dadaş Dadaşlinskinin "Xəzər TV-də Nəsib Nurun verilişinə içkili çıxmışdınız” sualını cavablandırıb.

Müğənni həmin gün qonaqlıqda olduğunu və içki qəbul etdiyini etiraf edib:

"Bir az dozunu qaçırmışdım. 12 ildir yanımda işləyən sürücümün oğlu dünyaya gəlmişdi və biz həmin gün qonaqlıqda idik. Bir az içkinin qədərini qaçırtdım. Üzr istəyirəm”.



.