Rotterdam Şəhər Şurasının üzvləri 2021-ci ildə Eurovision Mahnı Müsabiqəsinin keçirilməsinə səs veriblər.
 
RİA Novosti verdiyi xəbərə görə, bu barədə "NL Times" xəbər portalı məlumat yayıb.
 
Bildirilib ki, yarışmanın bu il planlaşdırıldığı yerdə - "Ahoy” konsert salonunda keçirilməsi planlaşdırılır. Təşkilatçılar salonun kirayə xərcləri, təhlükəsizlik və reklam nişanları ödəmək üçün əlavə 6.7 milyon avro xərcləmək niyyətindədirlər.
 
Məlumata görə, 2020-ci ildə planlaşdırılan sözügedən Rotterdam yarışması üçün artıq 15 milyon avro xərclənib.
 
Qeyd edək ki, "Eurovision" təşkilatçıları bu il Rotterdamda keçirilməsi nəzərdə tutulan müsabiqəni epidemiya təhlükəsi səbəbindən ləğv edib. Müsabiqənin 2021-ci ildə keçirilməsi qərara alınıb.
 
.