Bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın məktubu oxunub.

Rişi Sunak bildirib ki, bu gün Ukrayna xalqı mübarizə aparır, Rusiyanın apardığı müharibə böyük çətinliklər yaradıb

Rişi Sunak deyib ki, Avropanın gələcəyi Ukraynanın qələbəsindən keçir: “Rusiya manipulyasiya və nəzarət məqsədilə enerji resurslarından istifadə edir. Bu gün Azərbaycanın yaşıl enerji təşəbbüsü, Qara dənizinin dibi ilə ötürülməsi məsələsi çox vacibdir. Bundan sonra Böyük Britaniya enerji keçidində Azərbaycanın əsas tərəfdaşı olacaq”.

 

.