Ukrayna NATO hərbi alyansının de-fakto üzvünə çevrilib.

Bunu Ukraynanın müdafiə naziri Oleksey Reznikov BBC-yə müsahibəsində deyib:

"Ukrayna və onun silahlı qüvvələri (artıq-red.) NATO-nun üzvü olub. De-fakto, de-yure yox. Çünki bizim silahlarımız var və onlardan necə istifadə etmək lazım olduğunu bilirik. Mən əminəm ki, yaxın gələcəkdə biz NATO-nun de-yure üzvü olacağıq".

Reznikov qeyd edib ki, əvvəllər Ukraynaya hərbi yardımın Rusiya ilə eskalasiyaya çevriləcəyindən narahat olan Qərb ölkələri bu yanaşmalarını dəyişiblər.

Nazir bildirib ki, Ukraynaya tanklar, döyüş təyyarələri kimi uzun müddətdir istədiyi silahların veriləcəyinə əmin olub. O əlavə edib ki, həm Ukrayna, həm də Rusiya yazda yeni hücumlara hazırlaşır.

.