Respublikada ümümi olaraq məhdudlaşdırılan yol yoxdur.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Hərəkətin təhlükəsizliyinin təbliği ictimai qurumlarla əlaqələrin şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verilib.

O bildirib ki, gecədən bəri bəzi rayonlarda qarın çox yağması ilə əlaqədar yol patrul xidmətinin bütün əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib:

“Təhlükəli yollarda avtomobillərin tək-tək hərəkətinə icazə verilməyib. Onlar kalon şəkilində hərəkət ediblər. Yol Polisi tərəfindən patrul təyin edilib və hərəkət edən kalonu müşahidə edib. Şamaxı-İsmayıllı yolunda isə yük avtomobillərin və sərnişin daşıyan avtobus, mikroavtobusların hərəkətinə icazə verilməyib. Onlara alternativ yol verilib. Patrulun müşahidəsi ilə hərəkət ediblər. Bundan başqa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Dövlət Yol Polisi əməkdaşları tərəfindən texnikalarla yollar qarlardan təmizlənir”.

DYP rəsmisi bir daha sürücülərə müraciət edərək bildirib ki, öncə nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirsinlər:

“Xahiş edirik ki, yola çıxan sürücülər təkərləri qış mövsümə uyğun eləsinlər. Çünki mövsümü təkərlərin olması avtomobillərin sürüşməsinə, yollarda qəzaların və yaxud tıxacların baş verməsinə gətirib çıxarır. Sürücülərdən bir daha xahiş edirik ki, yollarda təhlükəsizliyin təmin olunması üçün müraciətlərə diqqət yetirsinlər”.

.